Hikayeler

Josefın Tıkanlıgı
Okunma: 108
Cavid Sadiyev - Mesaj Gönder


Uzaqlarda, çox uzaqlarda buraxdığı bir yarası var idi Josefin, bir də adını unutduğu
hisləri... Hər şeyin bununla başlayıb-bitmədiyini o da gözəl bilirdi əslində,
amma yalnızkən dinlədiyi qəlbi onu boşluqlarda itməyə məhkum edirdi. Çarəsiz
deyildi amma qərarsızdı. Üzərində olan bozarmış və bir qədər köhnə paltarları
ilə Lunni təpəsindən günəşin batmasını izləyən Josefin, uzanmış samur rəngli
saç-saqqalı bir birinə qarışmışdı.
Günəşə baxaraq o, 'Eyni rəngdəyik' deyə rişğəndlə güldü və ardından üzündə donan
təbəssümə səbəb olan bir sual gəldi ağlına. 'Sabah mən də yenidən doğmağı
bacara biləcəm?'. Öz gücünü sorğulayırdı, bağları olmadan yaşaya bilmənin
mümkünlüyünü, o kim idi, nə üçün çalışırdı? Haqqında düşünən bir nəfəri belə
yoxkən, Josef xəyallarında kimə sarılacaqdı? Uzun, nazik qaşlarını çatıb, əslində
həyatda heç sevmədiyi bu mənzərəylə söhbət etdiyini anladığında, içərisində
yarım şərab qalan butulkasını başına çəkib, qoca dünya, deyə istehza ilə 'mənə
bütün dərsləri verdiyin üçün təşəkkürümü gözləyirsən?' - deyib, otların üzərinə
sərildi.
Yumor hissini hələ də itirməmiş olması, tumurcuqlayan ümidlərindən ya da heç bitməyən
gücündən idi. Görünən tək gerçək var idi, bir insanın gerçəyi sözsüz ki tək də
olmalıdır. O indi, Lunni qəsəbəsinin ən kasıb insanından daha acınacaqlı
vəziyyətdə və tanrının unutduğu bu yerdə yazmalı olduğu hekayəsi, yaşamalı
olduğu bir həyatı var idi. Çəkməsinin boğazından ayağına girib, qıdıqlayan
böcəklərin varlığından daha fərqli, məmnun sabahlara oyanmışdı. Daimi qanı qara
sifətinin səbəbi, Josefi əvvəllər tanıyan heç kimə bəlli deyildi, çatılmış qaş
və soyuq nəzərləri ilə qəsəbənin oyanışını izləyən gənc, 'Görəsən bu gün daha
neçə nəfərin diksindirici nəzərlərilə qarşılaşacam?' - deyə düşünərək, aşağıya
doğru addımlamağa başladı.
Küçədə 'qızıl daş' oynayan uşaqlara qoşulub, 40 dəqiqəsini burada itirmiş və
mədəsindən eşitdiyi xoşagəlməz gurultu səbəbilə 'burada çox vaxt itirdim'
fikrinə gəlmişdi. O nə dilənçi, nə də oğru idi, Josef ac idi. İşlətməli olduğu
başı var idi, amma, onu da nədənsə məşğul etməyi sevməzdi. 2 saat sonra ən
ləziz təamlarla qarnı doyurub, Amora ilə yaşayacağı söhbəti bilsəydi, yəqin ki,
aclıqdan gəbərməyi seçərdi. Zarafat deyil, Amora Josefin bu günə gəlib çıxan
tək gerçəyi idi. 'Hə Josef, cavabla sualları görüm necə cavablayırsan' deyərək
içindən danışırdı. Amoranın suallarının agırlığından, bəlkə qaçış, bəlkə utanc,
bəlkə tamamlanmayan hər şeydən qurtuluş sandığı öpüşü onun dodaqlarına
yapışdırdı. Qızın silləsi ilə gözləri açılan Josef: 'Hər kəsin hekayəsi var,
içində məcburən söylədiyi - bilərək danışdığı yalanlar, qırdığı qəlblər,
boğazında düyünlənən sözlər, ovlana-ovlana ovlamağı öyrənib, ən gücsüz üzərində
sahib olduğu qalibiyyətin sevinclərini yaşamaq, qəlbinin unuda bilmədiklərindən
ötürü, qəlbini unutmağı gözə aldıqları, keçmiş amma keçirilməmişləri, qatili
zənn etdiyi küləkləri... saxladığı bir şey hər kəsin hökmən vardır da, səndə
çirkinliyi, əksiyi ilə məni qəbul edəcək qəlb varmı?' - dedi...



Cavid Sadiyev



Yorumlar (0)

İçeriği Paylaş

Arkadaşını davet et
Adınız Soyadınız:
Arkadaşınızın e-mail adresi:

Popüler Yazarlar
   YazarPuan
1 .. .. 6351
2 Firari Fırtına 4411
3 Mustafa Ermişcan 3805
4 Hasan Tabak 3518
5 Nermin Gömleksizoğlu 3167
6 Uğur Kesim 3031
7 Ömer Faruk Hüsmüllü 2924
8 Sibel Kaya 2879
9 Enes Evci 2590
10 Turgut Çakır 2284

Bu Nedir? - En Popüler 100 Yazar




Özgür Roman

Romanlar- Hikayeler - Denemeler - Senaryolar - Çocuk Kitapları - Şiirler - Günlükler - Yazarken - Röportajlar - Forum - Biz Kimiz? - RSS

Çevrimiçi Kullanıcı Sayısı:7672 
 Özgür Roman üyelik sözleşmesi için tıklayınız 

© Özgürroman 2008 - 2011 - info@ozgurroman.com